İraqlı millət vəkili: ABŞ-ın İŞİD-i yox etmə iddiası həqiqət deyil

İraqlı millət vəkili Avatif Namə Amerika və qurduğu ittifaqın İŞİD-i yox etmə hədəfinin İraqda cari həqiqətlərdən çox uzaq olduğunu vurğulayıb.
 
Maide.az-ın məlumatına görə, Bağdadda bu barədə açıqlama verən millət vəkili, Amerika və qurduğu beynəlxalq ittifaqın İŞİD-i məhv etmək niyyətində olmadığını deyib.
 
Namə İraq rəhbərliyi və bölgədəki bütün tərəflərdən Amerika və qurduğu beynəlxalq ittifaqın İŞİD-i bitirmə iddiasına qarşı həqiqi niyyət və hədəfləri mövzusunda ayıq olmalarını istəyib.
 
İraqlı parlamentar bildirib ki, bu gün Amerika təyyarələri İraq ordusunu hədəf alıblar və bu gün İraqda yaşanan hadisələrin həqiqətdə İrana qaşı bir sui-qəsd olduğunu vurğulayıb.
 

Google+ WhatsApp ok.ru