İraqın Ələnbar vilayətinin azad edilməsi əməliyyatı başlanıb

Maide.az-ın məlumatına görə, İraq xalq qüvvələrinin sözçüsü Əhməd Ələsədi dünən rəsmi şəkildə İraqın qərbində Ələnbar vilayətinin azad edilməsi əməliyyatının başlanmasından xəbər verib. İraqın silahlı qüvvələri Ələnbar vilayətinin azad edilməsi əməliyyatını "Ləbbəyk, ya Hüseyn!" şüarı ilə başlayıblar. 

İraqlı qüvvələrin müştərək əməliyyatının komandanlığı da Ələnbar vilayəti və Əlrəmadi şəhərinin azad edilməsi əməliyyatının təhlükəsizlik, xalq və köçəri tayfa qüvvələrinin iştirakı ilə başlandığını bildirib. Əməliyyatda 80 min könüllü qüvvənin iştirak edir. 

Ələnbar vilayəti şurasının üzvü Əzal Əlfəhdavi də vurğulayıb ki, iraqlı qüvvələr Əlrəmadi şəhərinin cənubunda İŞİD-in əlaqə yollarını kəsərək, ona tədarükatın çatdırılmasını önləyib. Hazırda iraqlı qüvvələr Husəybə məntəqəsində yerləşməkdədirlər ki, Əlramadini azad etsinlər. Bununla bağlı, İraqın hava qüvvələrnin qırıcıları Şərqi Husəybədə bəzi məntəqələri hədəfə alaraq, 12 İŞİD-çini öldürüblər.

Bu arada isə Amerika rəhbərli əməmliyyatın "Ləbbəyk, ya Hüseyn!" şüarı ilə keçirilməsini tənqid edərək, bunu irqçilik adlandırıb. Maraqlıdır ki, aylardır Amerikada irqçiliyin tüğyan etdiyi bir vaxtda sözügedən bir ölkənin belə bir açıqlama verməsi hansı məntiqə sığır? Görünür Amerika bu şüarın insanlarda hansı dərin mənəvi hisslər oyatdığını yaxşı bilir.

Google+ WhatsApp ok.ru