İraqın “Sədr” hərəkatının nazirləri istefa verib

Iraq;n "Sədr" hərəkatının nazirləri istefa verib. Hərəkat bu barədə bəyanat yayıb.
Bəyanatda, hərəkata bağlı olan nazirləri istefalarını yazaraq ölkənin baş naziri Heydər əl-İbadiyə göndəriblər.
Nazirlər bu addımı hərəkatın lideri Müqtəda Sədrin dövləti tənqid edən çıxışından sonra atıb.
“Əksər partiyalar ölkənin milli mənafeyini düşünmədən öz namizədlərinin qalib gəlməsi üçün çalışırlar. Bu iş nazirliklərin müstəqil idarə olunması ilə ziddiyyət daşıyır. Partiyaların əksəri  islahatların kamil olmamasından narazıdırlar.  Biz də öz növbəmizdə islahat sənədlərini imzalamamışıq. Bu da hökümətdə yer almayacağımızın aşkar göstəricisidir.”-deyə “Sədr” hərəkatı bəyanatında qeyd edilir.İslamazeri.az 

Google+ WhatsApp ok.ru