İraqın Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb

 İraqın şərqindəki Baakübə şəhərində törədilmiş iki partlayış nəticəsində 40-dan çox dinc sakin ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Assoşieyted Press” məlumat yayıb.  
 
Məlumata görə, Diyala əyalətinin inzibati mərkəzi sayılan Baakübə şəhərinin mərkəzi bazarında partlayış terrorçu-kamikadze tərəfindən törədilib.
 
Bundan başqa Baakübə şəhərinin şərqində də partlayış törədilib, nəticədə 7 nəfər ölüb, 25 nəfər yaralanıb.

Google+ WhatsApp ok.ru