İraqın baş naziri: `Türkiyənin İraqda sünniləri qorumaq iddiası yalançılıqdır` 09 Noyabr 2016 02:00 Dünya İraqın baş naziri Heydər Əl-Əbadi Türkiyənin İraqda sünniləri dəstəkləmək iddiası ilə hərbi müdaxiləsini "yalançılıq" kimi qiymətləndirib. Maide.Az xəbər verir ki, İraqın baş naziri dünən Bağdadda keçirdiyi mətbuat konfransında bəzi qrup və çevrələrin Türkiyədə bir yerə toplaşıb, Ankaradan İraqdakı sünnilıri xilas etməsini istədiklərini deyib. Əl-Əbadi sözlərinin davamında deyib ki, halbuki İraq ordusu İŞİD qarşısında sünniləri müdafiə etməkdədir. Heydər Əl-Əbadi son 2.5 ildir İŞİD terror təşkilatının cinayətlərində şiə və sünni ayrı-seçkiliyi etmədiyini qeyd edərək, Türkiyənin bu müddətdə İŞİD-ə qarşı mübarizədə Bağdada kömək etmədiyini bildirib. "Türkiyə təkcə İraqda problemlərin daha da böyüməsinə səbəb olur. Türkiyə İraqa qarşı təhdidlərini davam etdirməkdədir. İraq heç vaxt Türkiyə ilə müharibə həvəsində olmayıb. Türkiyənin İraqa qarşı müdaxilələri regionda müharibə alovunun daha da alovlanmasına səbəb olacaq və bu alov Türkiyəyə də sıçrayacaq". İraqın baş naziri Türkiyənin belə olacağı təqdirdə çox ağır zərbə alacağını deyərək, Türkiyənin parçalanma ilə üz-üzə qalac biləcəyini bildirib.(deyerler.org) Teqlər : #İraqın baş naziri: `Türkiyənin İraqda sünniləri qorumaq iddiası yalançılıqdır`, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İran XİN: ABŞ nüvə sazişi üzrə öhdəliklərini yerinə yetirməlidir Amerikalılar öz ölkələrinin bayrağını yandırdı - VİDEO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO