İraqın baş naziri hökumət qoşunlarının Mosulda `böyük qələbə` qazandıqlarını bildirib

İraqın baş naziri hökumət qoşunlarının Mosulda `böyük qələbə` qazandıqlarını bildirib

İraqın baş naziri Heydər əl-Abadi bildirib ki, ölkə qoşunları Mosulda İŞİD terror təşkilatı yaraqlılarını məğlub etməklə "böyük qələbə" qazanıblar.
 
"Report" xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
 
"Bizə Mosulu azad etmək müyəssər oldu. Biz, başqalarının yanıldığını sübut etdik. Mosul sakinləri terrorçuluq ilə mübarizədə bizim təhlükəsizlik qüvvələrini dəstəklədilər", - deyə o əlavə edib.
 
Baş nazir Bağdadda keçirilən mətbuat konfransında şəhərin dağılmış rayonlarının bərpası ilə bağlı artıq sərəncam verdiyini bildirib. /

Google+ WhatsApp ok.ru