İraqın `Muxtar ordusu`nun rəhbərinə suiqəsd olunub

İraqın "Muxtar ordusu"nun rəhbəri terror nəticəsində həyatını itirib. Xəbərə görə, "Muxtar ordusu" adlı silahlı təşkilat yaradan seyid Vəsaq Bəttat bir neçə saat əvvəl İraqın Diyalə bölgəsində öz avtomobilinə qoyulmuş partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.

Sui qəsd haqda İraqın hüquq mühafizə orqanları açıqlama veriblər.

Xəbərlə bağlı əlavə məlumat verilmir.

Qeyd edək ki, Bəttat Kuveyt və Səudiyyə Ərəbistanını dəfələrlə hədələmişdi. Hətta mediada onun tərəfdarlarının Səudiyyə Ərəbistanına minaatanlardan atəş açmasıyla bağlı xəbərlər də yayılmışdı. Bununla bağlı sosial mediada İŞİD adından qısa açıqlama yayılaraq bu sui-qəsdin məhz İŞİD-in həyata keçirdiyi qeyd edilib. İraq hüquq mühafizə orqanları terrorun İŞİD tərəfindən həyata keçirildiyini təsdiqləməyib. islamazeri /

 

Google+ WhatsApp ok.ru