İraqın strateji obyektlərindən olan Mosul su anbarı İŞİD terrorçularının əlindən geri alınıb

 
İraq Kürdüstanının pişmərgə qüvvələri  Mosul su anbarının tam şəkildə İŞİD terror qruplaşmasından  geri aldıqlarını elan ediblər. 
 
Maide.az-ın İraq KİV-lərinə istinadən məlumatına görə, avqustun 16-dan İraq və Kürd qüvvələri Mosul su anbarını geri almaq üçün müştərək əməliyyat həyata keçirirdi.  Hərbi əməliyyatı havadan ABŞ qüvvələri də dəstək olmuşdu.  
 
Məlumata əsasən, İraq ordusu qırıcılarının bu ölkənin müxtəlif məntəqələrində İŞİD terrorçularının toplaşdıqları yerlərə qarşı hücumlarında İŞİD-çilərdən onlarla nəfər öldürülüb.
 
"İraq Şam İslam Dövləti" (İŞİD) artıq bir neçə ay idi ki , İraqın strateji obyektlərindən olan  bu su anbarını və su elektrik stansiyasına nəzarət edirdi. 
 
Mosulda Dəclə çayı və onun üzərində qurulan SES Şimali İraqın böyük hissəsinin su və elektrikə olan təlabatını ödəyir.  Rəsmi məlumata görə, İŞİD-in əlində olan SES 1010 MQB elektrik hasil edir. Su anbarı İraqın təxminən 40-45 faizinin içməli su və əkinçilik üçün ehtiyaclarını təmin edir.   1980-ci ildə tikilən su anbarı nə qədər əhəmiyyətli olsa da, bir o qədər təhlükə mənbəyi kimi narahatlıq doğurub. /
 

 

 

Google+ WhatsApp ok.ru