İraq Ordusu: Səlahəddinin Məhzəm bölgəsini İŞİD-dən təmizlədik

İraq ordusunun Səlahəddin vilaytindəki Məhzəm bölgəsini terror təşkilatı İŞİD terrorçularından təmizlədiyi bildirilir.
 
Maide.az-ın məlumatına görə, Səlahəddindəki əməliyyatlardan məsul olan komandir general-leytenant Əbdulvəhhab əs-Səidi açıqlamasında bildirib ki, şiə könüllülərdən ibarət dəstə Tikrit və Bəyçi şəhərləri arasındakı Məhzem bölgəsini İŞİD-dən geri alıblar.
 
Digər tərəfdən Səlahəddin qubernatoru İbrahim əl-Cuburi də beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə İraq ordusunun Tikrit və Bəyçinin şimal bölgələrini İŞİD-dən təmizləmək məqsədi ilə geniş diametrli əməliyyat başlatdığını bildirib.

Google+ WhatsApp ok.ru