İraq ordusu “İŞİD”ın 82 terrorçusunu məhv edib 29 Sentyabr 2014 01:00 Dünya İraq ordusu dünən yerli qəbilə döyüşçülərinin dəstəyi ilə əl-Ənbar əyalətinin ər-Rəmadi şəhəri ərazisində “İslam Dövləti” terror təşkilatının onlarla silahlısını məhv edib. Bu barədə əl-Ənbar əyalətinin baş polis idarəsi məlumat yayıb. Bildirilib ki, İraq ordusunun müxtəlif bölmələri yerli qəbilə silahlılarının dəstəyi ilə ər-Rəmadinin cənubunda ət-Taş və şimalında yerləşən Bu-Əli bölgəsində iri əməliyyatlar həyata keçirib. Burada 82 terrorçunun öldürüldüyü qeyd edilir. Mənbə həmçinin bəyan edib ki, İraq ordusu “İslam Dövləti” terror təşkilatı üzvlərinin cəsədlərini kütləvi şəkildə basdırıblar. Bu arada ölkənin şimalında Neynəva əyalətinin mərkəzi Mosul şəhəri ərazisində də “İslam Dövləti”nə ağır zərbə endirilib. Məlumata görə dünən ABŞ pilotsuz təyyarəsi Mosulun cənub-şərqində terror təşkilatının bir mövqeyini hədəfə alıb ki, burada 4 təşkilat komandiri olmaqla 30 silahlı məhv edilib/İnterAz Teqlər : #İraq ordusu İŞİDın 82 terrorçusunu məhv edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Obama Rusiyanı TƏRİFLƏDİ: “Dünyada böyük güc olacaq” Əfqanıstanda yeni presidentin and içmə mərasimi keçirilir
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO