İraq ordusu Bicidə 3 mühüm məntəqəni təmizləyib

Maide.az-ın məlumatına görə, Səlahəddin vilayətində bir mənbə bildirib ki, İraq ordusu Bici şəhərinin Əsgəri, Nəft və Şühəda məntəqələrini İŞİD terrorçularının işğalından təmizləyiblər. 
 
Mənbə əlavə edib ki, İraq ordusu həmçinin Bici neftayırma zavodunun müəyyən hissələrini, o cümlədən bu neftayırma zavodunun şimal-şərqindəki Dəclə girişini terrorçulardan təmizləyib. 
 
Bu arada İraq Hizbullahı qüvvələri bildirib ki, İraq ordusunun 4-cü batalyonunun Fəllucənin cənubunda, Hitaviyin məntəqəsi yaxınlığında yerləşən qərargahı İŞİD terrorçularının işğalından azad edilib.

Google+ WhatsApp ok.ru