İraq ordusu Bici neftayırma zavodunun mühasirəsini yardı

Maide.az xəbər verir ki, İraq ordusu xalq qüvvələrinin dəstəyi ilə dünən Səlahəddin vilayətində, Bici şəhərinin ətrafında yerləşən 7 kəndi azad edərək, Bici neftayırma zavodunun 2 kilometrliyinə qədər irəliləyib. Beləliklə Bici neftayırma zavodunda İŞİD terrorçuları tərəfindən mühasirəyə alınan ordu qüvvələrinin mühasirəsinə son qoyub. 
 
Bici neftayırma zavodu İraqın ən iri neftayırma zavodudur və 27 kvadrat kilometrlik bir əraziyə malikdir. İŞİD terrorçuları ötən cümə bu zavoda hücum edərək, onun ərazisinin 20%-nə nəzarəti ələ keçirmişdilər. Amma, hazırda ordu qüvvələri mühasirəni yarmağa nail olublar. 
 
Bu, İŞİD-in ötən bir həftə ərzində Bici neftayırma zavoduna olan ikinci hücumudur. 
 
İraq ordusunun dünən həyata keçirdiyi əməliyyat zamanı bir qrup terrorçu o cümlədən Bici şəhərində evlərdə bombalar və partlayıcı qurğuların quraşdırılması əməliyyatına başçılıq edən Əbu Ömər Əfqani məhv edilib. 
 
İŞİD maliyyə qaynaqlarının tükənməsinə görə İraqın neft yataqları və neftayırma zavodlarına nəzarəti ələ keçirməyə çalışır.

Google+ WhatsApp ok.ru