İraq ordusunun daha bir uğuru: Qədim Nimrud şəhəri azad edildi

İraq ordusunun daha bir uğuru: Qədim Nimrud şəhəri azad edildi

Şəhərin azad edilməsinə ötən gündən başlanılıb.
 
"Rudaw"-a istinadən verilən xəbərə əsasən, İraq hərbçiləri Mosul şəhərindən cənub-şərqdə yerləşən qədim Nimrud şəhərini öz nəzarətləri altına götürüblər. Şəhərin terrorçulardan azad edilməsi əməliyyatı oktyabr ayının 17-si gecə saatlarına başlayıb.
 
Nimrudda İraq bayrağı iraqlı hərbçilər İŞİD terror təşkilatını sıxışdıraraq irəliləməyə davam edən zaman yüksəldilib.
 
Xatırladaq ki, İŞİD terrorçuları ötən ilin mart ayında qədim Assuriya şəhəri olan Nimrudun xarabalıqlarını məhv ediblər.
 
Nimrud şəhərinin əsası eramızdan əvvəl XII əsrdə I Salmanasar tərəfindən qoyulub. Və 400 il sonra II Aşşur-natsir-apalın hömkranlığı zamanı Assuriyanın paytaxtı olub. Eramızdan əvvəl 612-ci ildə midiyalı və haldiyalılar tərəfindən məhv edilib.  Mosul şəhərindən şərqdə yerləşən xarabalıqlardakı qazıntılar XIX əsrin ortasından bəri davam etdirilir. Qazıntılar zamanı çox sayda mühüm tapıntılar aşkar edilib.  2003-cü ildəki ABŞ işğalı qədim şəhərin ərazisində çoxlu sayda dağıntılara səbəb olub. (İslamazeri.az) /

Google+ WhatsApp ok.ru