İraq qüvvələri Ramadi şəhərinə daxil olub

Suriyada İŞİD terrorçularına qarşı başladılan əməliyyatla paralel İraq ordusu da bəzi əməliyyatlar keçirib. Maide.az xəbər verir ki, Ənbar vilayətinin Ramadi şəhərinə daxil olub. İraqın dövlət televiziyası qoşunların minalar və İŞİD-in yerləşdirdiyi tələləri təmizlədikdən sonra qərb bölgəsindən Ramadiyə girdiyini xəbər verib.
Məlumat müstəqil mənbələr tərəfindən təsdiq edilməyib.
Ənbar əməliyyatlarının sözçüsü Yəhya Rəsul, əməliyyatlara hərbi birləşmələrlə yanaşı qəbilə üzvlərinin və şiə könüllülərinin də qatıldığını bildirib.
İraqın baş naziri Heydər Əl-Əbədi isə islamçılara qarşı mübarizəyə xarici qüvvələrin cəlb edilməsinin əleyhinə olduğunu deyib. O, hava zərbələrinin İraq ordusu ilə koordinasiyalı şəkildə həyata keçirilməsinə çağırıb. 

Google+ WhatsApp ok.ru