İraq Rusiya üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın xahişinə məhəl qoymayıb

İraq hakimiyyəti Vaşinqtonun Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanının bağlanılması ilə bağlı ABŞ-ın sorğusunu cavabsız qoyub.
 
Bu barədə “Tasnim” xəbər agentliyi məlumat yayıb.   
 
Məlumatda qeyd edilir ki, amerikalı diplomatlar Bolqarıstanı nümunə gətirərək  İraqdan hələ sentyabrın 5-də  Suriyaya uçan Rusiya təyyarələri üçün hava məkanın bağlamağı xahiş ediblər. İraq tərəfi cavabında bu məsələni nəzərdən keçirdiyini bildirib, lakin ABŞ-ın sorğusuna rəsmi cavab verməkdən boyun qaçırıb.
 
Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Suriyaya humanitar yardımla uçan Rusiya təyyarələri üçün hava məkanını bağlayıb. 

Google+ WhatsApp ok.ru