İraq xarici işlər naziri: Xarici hərbi baza istəmirik

İraq xarici işlər naziri İbrahim əl-Cəfəri ölkəsinin sərhədləri içərisində xarici hərbi bazaların yaradılmasını və ya hərbi güclərin yerləşdirilməsini rədd etdiyini söyləyib.
 
Maide.az-ın məlumatına görə, Cəfəri Bağdadda verdiyi mətbuat açıqlamasında İŞİD terror təşkilatına qarşı yaradılan beynəlxalq koalisiya güclərindən verəcəkləri köməyin məntiqi və hava dəstəyiylə məhdud qalacağını deyib.
 
Digər tərəfdən Bağdadın cənubundakı Nəcəf şəhərində də açıqlama verən İraq İslam Ali Şurasının başçısı Ammar əl-Hakim İraqda xarici güclərin qurudan müdaxilə etməsinə qarşı çıxması bəyanını yeniləyərək, İŞİDin yaxın günlərdə məğlubiyyətə uğramasını gözlədiyini dilə gətirib.

Google+ WhatsApp ok.ru