Respublikaçılar İran sazişinin ləğvinə nail ola bilmədilər

ABŞ Senatının demokrat üzvləri İran nüvə sazişinin ləğvi ilə nəticələnə biləcək qanunvericilik cəhdini üçüncü dəfə bloklayıblar

ABŞ Senatının demokrat üzvləri İran nüvə sazişinin ləğvi ilə nəticələnə biləcək qanunvericilik cəhdini üçüncü dəfə bloklayıblar.
 
Səsvermə respublikaçıların çoxluğu ilə nəticələnsə də (56-42), onlar sazişin ləğvi üçün zəruri olan 60 səsi qazana bilməyiblər.
 
Respublikaçıların ciddi və bahalı müqavimətinə baxmayaraq Obamanın partiyadaşları İranla ABŞ və daha 5 dünya gücü arasında imzalanmış sazişi qoruya biliblər.
 
Bu həftə Senatda heç bir səsvermənin keçirilməsi nəzərdə tutulmadığından, artıq demək olar ki, Obamanın ən böyük xarici siyasət uğurunun əngəllənməsi mümkün olmayacaq.
 
Konqres İran sazişinə dair qətnaməni sentyabrın 17-dək qəbul etməli idi, lakin göründüyü kimi bu, mümkün olmayıb.

Google+ WhatsApp ok.ru