Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib

Rumıniyada 5,6 bal gücündə zəlzələ baş verib

Rumıniyanın şimalında 5,6 bal gücündə zəlzələ  baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Geoloji Xidmətindən bildirilib.  
 
Yeraltı təkanlar yerli vaxtla 23.20-də (Bakı vaxtı ilə 03.20-də ) Nereju şəhərindən 8 km qərbdə, 81 km dərinlikdə baş verib.  
 
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilmir. Qonşu Moldovada zəlzələdə 5,8 bal gücündə hiss olunub. /

Google+ WhatsApp ok.ru