Rusiya ABŞ-dan Şərqi Avropadakı raketlərini toplamasını istəyib

Rusiya xarici işlər naziri Sergey Lavrov İranın nüvə proqramı ilə bağlı əldə olunan razılaşmadan sonra ABŞ-ın Avropada Raket Əleyhinə Müdafiə Sistemi yaratmaq planlarından imtina etməsini gözlədiklərini açıqlayıb.
 
Maide.az xəbər verir ki, Lavrov ABŞ prezidenti Barak Obamanın 2009-cu ildə Çexiyanın paytaxtı Praqada etdiyi çıxışında İranın nüvə proqramı ilə bağlı problemin həll edilməsi vəziyyətində, Avropada Raket Əleyhinə Müdafiə Sisteminin yaradılması ehtiyacının aradan qaldıracağını dediyini xatırladıb. Rus nazir, "Bu səbəbdən amerikalı həmkarlarımızın diqqətini bu məsələyə yönəltmişik, cavab gözləyəcəyik" - deyib.
 
İran müqaviləsinin ümumi olaraq nüvə silahlarının yayılmaması üsulunun güclənməsində mühüm rol oynayacağını söyləyən Lavrov, "heç şübhəsiz, bu müqavilənin Yaxın Şərq, Şimali Afrika və Fars körfəzi bölgəsindəki ümumi vəziyyətə terapevtik təsiri olacaq. Əlbəttə, bu müqavilə kontekstində regionda yerləşən digər problemlər də həllini tapacaq. Xüsusən də Yaxın Şərqdə kütləvi qırğın silahlarından təmizlənmiş bölgə yaradılması konfransının toplanması və bu problemi həll etmək üçün ilkin şərtləri möhkəmləndirəcəyinə əminəm" deyib.
 
Xatırladaq ki, Amerika və müttəfiqlərinin İranın nüvə işlərini bəhanə edərək, Şərqi Avropaya yerləşdirdiyi raket əleyhinə layihəsi hər zaman Rusiyanın reaksiyasına səbəb olub.

Google+ WhatsApp ok.ru