Rusiya Avropalı qonşularına xəbərdarlıq etdi

Rusiya ordusu Baş Qərargah rəisi bu ölkənin avropalı qonşularına NATO-nun raket sistemlərinin bu ölkələrdə yerləşdirilməsi barədə xəbərdarlıq etdi.
 
Maide.az-ın məlumatına görə, general Valeri Gerasimov bildirib ki, Şimali Atlantika Alyansı - NATO-nun raket sistemlərinin Polşa və Rumıniyada yerləşdirilməsi bu ölkələri Rusiyanın intiqam mahiyyətli addımlarının hədəfinə çevirmiş olacaq. 
 
V.Gerasimov əlavə edib: "NATO-nun raket sistemlərinin Şərqi Avropada yerləşdirilməsi Moskvanın nəzərində beynəlxalq quruluşun məhv edilməsinə yönəlmiş bir hərəkətdir." 
 
Rusiya ordusu Baş Qərargah vurğulayıb ki, bu raket sistemlərinin Rusiya sərhədləri yaxınlığında yerləşdirilməsi bu ölkəyə qarşı yönəlmiş bir təhdiddir.

Google+ WhatsApp ok.ru