Rusiyada avtobusun qatarla toqquşması nəticəsində nəticəsində azı 17 nəfər ölüb - YENİLƏNİB

Rusiyada avtobusun qatarla toqquşması nəticəsində nəticəsində azı 17 nəfər ölüb - YENİLƏNİB

Rusiyanın Vladimir vilayətində avtobusun qatarla toqquşması nəticəsində azı 17 nəfər ölüb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, qəza Vladimir vilayətinin Petuşinski rayonundakı Pokrov dəmiryolu stansiyasının ərazisində baş verib. Məlumata görə, yol hərəkət qaydalarını kobud şəkildə pozan avtobus dəmir yolu keçidini keçərkən Sankt Peterburq-Nijni Novqorod marşrutu üzrə hərəkət edən sərnişin qatarı ilə toqquşub.
 
Qazaxıstandan gələn avtobusda 56 nəfərin olduğu bildirilir.  
 
Qəza yerli vaxtla saat 03.30-da (Bakı vaxtı ilə 04.30-da) baş verib.    
 
Məlumata görə, avtobusdakı sərnişinlər Özbəkistan vətəndaşları olub. 
 
***
 
Rusiyanın Vladimir vilayətində sərnişin avtobusunun qatarla toqquşması nəticəsində 14 nəfər ölüb.
 
RİA Novostinin verdiyi məlumata görə, bu haqda regionun DİN-nin nümayəndəsi xəbər verir.
 
Daha əvvəl 10 nəfərin həlak olduğu bildirilirdi.
 
Ölənlər arasında 1 uşağın olduğu haqda məlumat verilib.
 

Google+ WhatsApp ok.ru