Rusiyada baş redaktor qətlə yetirilib

Rusiyada baş redaktor qətlə yetirilib

Rusiyanın Krasnoyarsk diyarının Minusinsk şəhərində yerli ictimai-siyasi qəzetin baş redaktoru öldürülüb.
 
Rusiya İstintaq Komitəsinin region üzrə Baş İstintaq İdarəsindən bildirilib ki, "Ton-M" qəzetinin baş redaktoru Dmitri Popkovun meyiti fərdi evin həyətindəki hamamda tapılıb.
 
Faktla bağlı cinayət işi başlanıb.
 
Müstəntiqlər əsas versiyalardan biri kimi qətlin baş redaktorun jurnalist fəaliyyəti ilə əlaqəli ola biləcəyi üzərində dayanır. (apa) /

Google+ WhatsApp ok.ru