Rusiyada jurnalist qətlə yetirilib 25 İyul 2018 01:00 Dünya Rusiyanın Nijni Novqorod şəhərində 27 yaşlı jurnalist Denis Suvorov qətlə yetirilib. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatına əsasən, üzərində müxtəlif xəsarətlər olan meyit iyulun 24-də “Kazanskaya naberejnaya” adlanan ərazidə aşkarlanıb. Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi başlanıb, birgə istintaq-əməliyyat qrupu yaradılıb. Hadisənin təfərrüatları müəyyənləşdirilir. “Nijni Novqorod” Dövlət Teleradio Şirkətinin əməkdaşı Suvorov “Vesti-Povolje” və digər verilişlərin aparıcısı, həmçinin teleşirkətin saytının redaktoru olub. Teqlər : #Rusiyada jurnalist qətlə yetirilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Laosda su bəndi çökdü - Yüzlərlə insan itkin düşüb Avropa, Amerika və Avstraliyadan olan hacılara Məkkədə 57 ofis xidmət göstərəcək
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO