Rusiyada `Kəndimin məscidi` foto müsabiqə keçirilib

Rusiyada keçirilən “Kəndimin məscidi” fotomüsabiqəsi başa çatıb.
 
Maide.az-ın Rusiya  KİV-ə istinadən məlumatına görə, Rusiya Federasiyasının Tatarıstan respublikasının 9 rayonunun 14 məscidinin iştirak etdiyi müsabiqədə internet səsverməsi yolu ilə qalib müəyyən edilib.
 
5500-dən çox internet istifadəçinin səsverməsi ilə Alina Şərifullinanın Keçe Urissa kənd məscidi ən gözəl məscid kimi qalib  seçilib. Münsiflər heyətinin qərarı ilə isə ən gözəl kənd məscidi kimi Arskoqo rayonunun Novo Kırlay kəndinin məscidi qalib seçilib.
 
Maraqlıdır ki, münsiflər heyətinin qalib elan etdiyi məscid şəklinin müəllifi 13 yaşlı Tənzilə Sabirovadır.
 
Qaliblər sertifikat və 3 min rubl məbləğində pul mükafatı ilə mükafatlandırıblar./

Google+ WhatsApp ok.ru