Rusiyadan ABŞ-a şərt: `Dəməşqlə yox, İŞİD-lə müharibə edin!`

Rusiyadan ABŞ-a şərt: `Dəməşqlə yox, İŞİD-lə müharibə edin!`

Rusiya Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutskiy ABŞ dövlət katibi Reks Tillersonun açıqlamasına reaksiya verərək, Moskvanın Vaşinqtonun Suriyada Dəməşqlə yox, İŞİD-lə müharibə edəcəyi təqdirdə danışacağını söyləyib.
 
Deyerler.org Sputnik-ə istinadən xəbər verir ki, ABŞ Dövlət katibi Tillerson iyulun 6-ı verdiyi açıqlamasında, ABŞ-ın Rusiya ilə Suriyada sabitliyi təmin etmək üçün uçuşa qadağan olan zonaların yaradılması, meydanda atəşkəs müşahidəçilərinin saxlanılması və əməkdaşlıq çərçivəsində humanitar yardımların çatdırılması, o cümlədən Rusiya ilə ortaq hərəkət etmək vəziyyətlərini araşdırmağa hazır olduğunu bildirmişdir.
 
Məsələ ilə bağlı jurnalistlərə danışan Slutskiy belə deyib: "Tillersonın təklifinə oxşar təkliflər ABŞ Dövlət Departamenti tərəfindən keçən il də verilmişdir. ABŞ-ın Suriyada terrorla mübarizə əməliyyatlarına hərtərəfli və əhatəli bir mübarizəyə yönəlməsinə ümid edirik. O vaxt onlarla məntiqli münasibətlər yarada bilərik. Əvvəllər ABŞ prezidenti Donald Trampın dediyi kimi, Suriya prezidenti Bəşər Əsədlə yox, İŞİD və Suriyadakı digər terror təşkilatları ilə mübarizə etmək lazımdır".
 
Slutskiy Tillersonın sözlərinin müzakirə oluna biləcəyini, Rusiyanın keçən il olduğu kimi Vaşinqton ilə təsirli terrorizmlə mübarizə koalisiyasının yaradılması məsələsini danışmağa hazır olduğunu bildirib.
 

Google+ WhatsApp ok.ru