Rusiyada qəzaya uğrayan təyyarədə ölən yoxdur: 16 hərbçi ağır yaralanıb - YENİLƏNİB

Rusiyada qəzaya uğrayan təyyarədə ölən yoxdur: 16 hərbçi ağır yaralanıb - YENİLƏNİB

(İlk xəbər bugün  səhər  09:05-də dərc olunub ) 
 
Yakutiyanın Bulunski rayonunda yerləşən Tiksidə qəzalı eniş edən  İl-18 təyyarəsində 16 nəfər ağır yaralanıb.Bu barədə  Rusiya Müdafiə Nazirliyi bəyan edib.
 
Qurumun məlumatına görə, bütün sərnişinlər və heyət üzvləri sağdır.
 
Ümumilikdə  tibbi mərkəzə 32 nəfər gətirilib. Bütün hərbçilərə lazımi tibb yardım göstərilir.
 
Xatırladaq ki, bu gün səhər yerldi vaxtla 04:45-də Yakutiyada Tiksi aerodromunun 30 km-də  Kansk aerodromundan uçuş həyata keçirən  İl-18 təyyarəsi qəzaya uğrayıb. Təyyarədə 32 hərbçi və 7 heyət üzvü olub.(faktxeber)
 

Google+ WhatsApp ok.ru