Rusiyada təyyarə qəzası: Ölənlər var 06 Fevral 2016 02:00 Dünya Qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Rusiyanın Orenburq vilayətində Sterlitamak şəhərindən Orska uçan yüngül motorlu An-2 təyyarəsinin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb. Oxu.Az Lifenews-a istinadən xəbər verir ki, təyyarənin qalıqları Orskdan bir az aralı Severovka rayonunda tapılıb. İlkin məlumata görə, qəzaya hava şəraitinin dumanlı olması səbəb olub. Əlverişsiz hava şəraiti axtarışları da çətinləşdirib. Təyyarə “Layteyr” QSC-yə məxsusdur. Uçuşun məqsədi Orsk ətrafında neft kəmərinə baxış keçirmək idi. Təyyarənin göyərtəsində olan iki ekipaj üzvü və bir “Transneft” şirkətinin nümayəndəsi hadisə yerindəcə ölüblər../ Teqlər : #Rusiyada təyyarə qəzası: Ölənlər var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Floridada silahlı insidentdə 7 nəfər yaralanıb Suriyadan Səudiyyə Ərəbistana sərt xəbərdarlıq
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO