Rusiyada ticarət mərkəzində 48 nəfərin öldüyü təsdiqlənib

Rusiyada ticarət mərkəzində 48 nəfərin öldüyü təsdiqlənib

-- 40 yaralı

Rusiyanın Kemerovo şəhərində ticarət mərkəzində baş verən yanğın söndürülüb.
 
Maide.Az "TASS"-a  istinadən xəbər verir ki, yanğın zamanı 37 nəfərin öldüyü bildirilimişdi, daha sonra ticarət mərkəzinin kino zalının ərazisindən 11 nəfərin meyiti tapılıb.  Onlardan ən azı 9-u uşaqlardı. 40 nəfər xəsarət alıb.
 
Yanmış meyitləri tanımaq çox mürəkkəbdir. 
 
Bundan başqa, 27 nəfərin itkin düşmüş hesab edildiyi bildirilir.
 
Qeyd edək ki, bundan öncə 64 nəfər itkin düşdüyü bildirilmişdi.
 

 

Google+ WhatsApp ok.ru