Rusiyada vətəndaşlığı bu halda ləğv edəcəklər 13 İyul 2017 01:00 Dünya Rusiyanın Dövlət Duması terrorçuluq və ekstremizmə görə ittiham olunanlara Rusiya vətəndaşlığı verilməsi barədə qərarın ləğvini, həmçinin vətəndaşlığı qəbul edərkən andiçmə proseduru nəzərdə tutan qanun layihəsini ikinci oxunuşda da qəbul edib. Bu barədə iyulun 12-də RİA Novosti məlumat yayıb. İkinci oxunuşa edilən düzəlişlərdə həmçinin ukraynalıların Rusiya vətəndaşlığı və ya daimi yaşayış icazəsi almasının sadələşdirilməsi nəzərdə tutulur. Qanun layihəsi Dövlət Dumasına bu ilin aprelində palata sədri Vyaceslav Volodin, Dumadakı 4 fraksiyanın liderləri Vladimir Vasiliev, Vladimir Jirinovsky, Gennadi Zuganov və Sergey Mironov, vitse-spikerlər İvan Melnikov, İgor Lebedev və İrina Yarova, həmçinin qanunvericilik komitəsinin rəhbəri Pavel Krasheninnikov və onun birinci müavini Mikhail Emelyanov tərəfindən təklif olunub. Dövlət Duması sənədi birinci oxunuşda mayın 19-da qəbul edib. Teqlər : #Rusiyada vətəndaşlığı bu halda ləğv edəcəklər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb Hindistanda müsəlmanlara qarşı zorakılıq əleyhinə etiraz aksiyası keçirilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO