Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb

Rusiyada yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb

Rusiyada baş verən yol qəzasında 8 Ukrayna vətəndaşı ölüb.  

 
APA-nın unian.net-ə istinadən verdiyi xəbərə görə, hadisə Pskov vilayətinin Pustoşkin rayonunda qeydə alınıb.  
 
Faktı Ukrayna Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Yekatrina Zelenko təsdiqləyib.  
 
O bildirib ki, fevralın 13-ü gecə saatlarında Ukrayna dövlət qeydiyyat nişanlı mikroavtobus yük avtomobili ilə toqquşub.
 
  XİN sözçüsü qeyd edib ki, Ukraynanın Sankt-Peterburqdakı Baş konsulluğundan verilən məlumata görə, qəza nəticəsində 8 Ukrayna vətəndaşı ölüb, daha 1 nəfər isə xəsarət alıb.

Google+ WhatsApp ok.ru