Rusiya hökumət çevrilişinə cəhddə ittiham edildi 20 Fevral 2017 02:00 Dünya 2016-cı ilin oktyabr ayının 16-da Çernoqoriyada dövlət çevrişinin planlanmasında Rusiya xüsusi xidmət orqanlarının əli var. FaktXeber.com-un Meduza-ya istinadla məlumatına görə, bu barədə Çernoqoriyanın xüsusi prokuroru Milivoye Katniç bəyan edib. Katniçin sözlərinə görə, bununla bağlı onlar Moskvadan izahat almağa ümid edirlər: "Nəticələr hadisənin fiqurantlarının ifadələri və onların danışıqları əsasında hazırlanıb". Xüsusi prokuror iddia edir ki, çevriliş cəhdinin təşkilatçısı Eduard Şirokovun yenganə motivi Çernoqoriyanın NATO-ya girməsinə əngəlləmək olub. Katniç bildirir ki, Şirokov 2014-cü ildə Rusiyanın Polşadakı səfirliyində işləyib və casusluğa görə çıxarılıb. Lakin sonra Rusiya xüsusi xidmət orqanları ona yeni sənədlər verib. Katniç iddia edir ki, Şirokov Rusiya xüsusi xidmət orqanlarının üzvüdür. Xatırladaq ki, Çernoqoriya prokurorluğu ötən ilin oktyabr ayının 16-da mütəşəkkil dəstənin ölkənin baş naziri Milo Cukanoviçə sui-qəsd planlaşdırdığını barədə məlumat verib. Çevrilişə cəhddə şübhəlilər siyahısında Rusiya vətəndaşı Eduard Şirokovun adı da olub. Teqlər : #Rusiya hökumət çevrilişinə cəhddə ittiham edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda “Böyük Peyğəmbər (s)” adlı üçgünlük hərbi təlimlər keçirilir Beynəlxalq Amnistiya: `Nigeriya hökuməti Şeyx Zəkzəki barədə məhkəmənin qərarına tabe olmur`
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO