Rusiyalı xanım Gürcüstanda İslam dinini qəbul edib 07 Noyabr 2014 02:00 Dünya Rusiya vətəndaşı xanım Alyona Bezoteçeskaya Gürcüstanın Marneuli şəhərində imam Əli (ə) məscidinə gələrək İslam dinini qəbul etdi. İslamazeri.az-ın mascid.com saytına istinadən verdiyi xəbər ə görə, əvvəli xristian olan xanım Alyona Bezoteçeskaya özünə “Məryəm” adı seçərək başına hicab örtüb. O açıqlamasında bildirib ki, İslam dini haqq və ibadət dinidir; məhz elə buna görə də mən bu dini qəbul etdim: "Bu gündən sonra çalışacam öz yaşayışımı bu dinin qanunları əsasında tənzimləyim." Alyona Bezoteçeskaya açıqlamasının davamında haqq məzhəb olaraq Əhli-beyt yolunu seçdiyini vurğulayaraq deyib ki, mən bütün insanlara demək istəyirəm Vəhhabilər İslam dinini təmsil etmirlər və bu dinlə heç bir əlaqələri yoxdur. Höccətül-İslam Şeyx Hacı Hacıyev də öz növbəsində yeni dinə gəlmiş Məryəm xanıma bir neçə tövsiyə edib. O öz söhbətində Məhəmməd peyğəmbərin hədisinə istinad edərək bildirdi ki, İslam Peyğəmbəri dünyadan getməzdən qabaq, insanların arasında iki dəyərli əmanət qoyub. Onların birincisi Quran, ikincisi isə Əhli-beytdir və bu iki böyük əmanət bir-birindən ayrılmazdır. / Teqlər : #Rusiyalı xanım Gürcüstanda İslam dinini qəbul edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Putinin administrasiya rəhbərinin oğlunu Amerika dalğıcları öldürüb? - Sensasion təfərrüatlar Fələstinlilərin Məscidül-Əqsaya dəstək mitinqi keçiriblər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO