Rusiya Müdafiə Nazirliyi: ABŞ dinc insanları öldürdüyünü gizlədir

Rusiya Müdafiə Nazirliyi: ABŞ dinc insanları öldürdüyünü gizlədir

"Amerikalılar öz planları haqda danışmağı sevmirlər."
 
Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib ki, ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın HHQ-in Suriyada gizli şəkildə fəaliyyət göstərməsi onların səbəb olduqları “səhvlər” nəticəsində həlak olmuş dinc sakinlərin məsuliyyətindən qaçmağa imkan verib.
 
“ABŞ və beynəlxalq koalisiyanın HHQ-nin aviasiyası Suriyadakı əməliyyatlar zamanı gizli şəkildə fəaliyyət göstərməyə çalışır. Bizim ABŞ-dan olan həmkarlarımız öz təyyarələrinin hərbi istifadə planları haqda danışmağı sevmirlər. Onlar bəzən keçirdikləri əməliyyatların yalnız keçirildiyi müddəti və təxmini ərazisini qeyd edirlər. Təyyarələrin dəqiq  modellərini və onların mənsubiyyələtlərini isə qeyd etmirlər. Bu onlara təyyarələrin faciəvi “xətaları” zamanı dinc sakinlərin öldürülməsi və obyektlərin məhv edilməsi məsuliyyətindən qaçmağa imkan verib.”, - deyə o bildirib. (islamazeri) /

Google+ WhatsApp ok.ru