Rusiya Misirlə danışıqlar aparır 11 Oktyabr 2016 01:00 Dünya Rusiya hərbi obyektlərin icarəyə götürülməsi ilə bağlı Misirlə danışıqlar aparır. Misirin Sidi-Barrani şəhərində yerləşən keçmiş sovet hərbi bazasının icarəyə götürülməsi də danışıqlar mövzusudur. Maide.Az Rusiya KİV-lərinə istinadən xəbər verir ki, əgər tərəflər razılığa gələrsə, Sidi-Barranidəki hərbi bazada bərpa işləri aparılacaq və 2019-cu ildən baza hərbi-hava bazası kimi Rusiyanın istifadəsinə veriləcək. Artıq əldə olunmuş razılaşmaya görə, Rusiya hərbi bazalar üçün avadanlığı dəniz yolu ilə daşıyacaq. Həmçinin bazada Rusiya hərbi kontingenti yerləşdiriləcək. Sidi-Barrani şəhərində əvvəllər fəaliyyət göstərmiş hərbi baza 1972-ci ilədək sovet hərbi donanması tərəfindən ABŞ döyüş gəmilərinin müşahidəsi üçün istifadə olunub. Teqlər : #Rusiya Misirlə danışıqlar aparır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Poniçalada əzadarların yürüşü - FOTO `Zika`ya yoluxanların sayı: 4 min 300 nəfər
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO