Rusiyanın Aİ-dəki daimi nümayəndəsinin Avropa Parlamentinə girişi məhdudlaşdırılıb

Almaniya hökuməti bundan əvvəl 8 vətəndaşının Moskvanın “qara siyahısı”na daxil edilməsi ilə bağlı Rusiyadan izahat tələb edib

Moskvanın Avropa İttifaqına qarşı tətbiq etdiyi “qara siyahı”ya cavab olaraq Rusiyanın Aİ-dəki daimi nümayəndəsi Vladimir Çijovun Avropa Parlamentinə azad girişi məhdudlaşdırılıb.
 
Maide.az-ın məlumatına görə, bu barədə Avropa Parlamentinin rəhbəri Martin Şultsun mətbuat xidməti məlumat yayıb. 

“Avropa Parlamenti səfirin və digər konkret diplomatın assambleyaya azad girişini məhdudlaşdırır”, - deyə məlumatda bildirilir. 

Xatırladaq ki, Almaniya hökuməti bundan əvvəl 8 vətəndaşının Moskvanın “qara siyahısı”na daxil edilməsi ilə bağlı Rusiyadan izahat tələb edib.

Google+ WhatsApp ok.ru