Rusiyanın BMT-dəki nümayəndəsi öldü

Rusiyanın BMT-dəki nümayəndəsi öldü

Rusiyanın BMT-dəki daimi nümayəndəsi, səfir Vitali Çurkin Nyu- Yorkda vəfat edib.
 
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytından yayılan açıqlamada “Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkinin 20 fevralda Nyu-Yorkda, 66 yaşına girməyə bir gün qalmış həyatını itirdiyini dərin kədərlə bildiririk” deyilir.
 
Xəbərdə Çurkinin vəzifə başında vəfat etdiyi bildirilir.
 
Rus rəsmiləri təcrübəli diplomatın məqamında pisləşdiyini, qaldırıldığı xəstəxanada öldüyünü söyləyib. “New York Post” qəzeti də Çurkinin ürək tutmasından dünyasını dəyişdiyini bildirib. Səfir BMT-dəki daimi nümayəndə vəzifəsinə 2006-cı ilin may ayında təyin edilmişdi.

Google+ WhatsApp ok.ru