Rusiyanın Su-24 təyyarəsini vuran şəxsə 5 il həbs cəzası verilib

Rusiyanın Su-24 təyyarəsini vuran şəxsə 5 il həbs cəzası verilib

Rusiyanın Su-24 təyyarəsinin pilotu Oleq Peşkovun ölümündə şübhəli bilinən Alparslan Çelik 5 il müddətinə həbs edilib.
 
APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, müvafiq qərara səbəb A. Çelikin qeyri-qanuni silah saxlaması olub.
 
A. Çelikin vəkilinin bildirdiyinə görə, Çelikin rusiyalı pilotun ölümündə əlinin olması ilə bağlı istintaq davam edir.
 
Xatırladaq ki, Su-24 Türkiyənin F-16 təyyarəsi tərəfindən vurulub. Ekipaj katapult edə bilsə də, silahlılar paraşütlə enən O. Peşkova atəş açıblar və nəticədə o ölüb. /

Google+ WhatsApp ok.ru