Rusiyanın Xəzərdən Suriyaya raket atışlarına görə Almatı-Bakı aviareysinin uçuş marşrutu dəyişib 16 Oktyabr 2015 01:00 Dünya Qazaxıstanın “Air Astana” aviaşirkəti Almatı-Bakı aviareysinin uçuş marşrutunu dəyişib. Buna səbəb Rusiya hərbi gəmilərinin raketləri Xəzər dənizindən atmasıdır. Yaxın vaxtlarda Almatı-Tiflis və Almatı-İstanbul aviareyslərinin uçuş marşrutları da dəyişə bilər. Təyyarələr aviareysləri Xəzər dənizinin üzərindən keçməməklə həyata keçirəcək. Hazırda “Air Astana” Rusiya tərəfindən müvafiq icazəni gözləyir. Çünki nəzərdə tutulan marşrutlar məhz Rusiya ərazisindən keçəcək. “Air Astana” aviaşirkətinin verdiyi məlumata görə, dəyişiklik nəticəsində Almatıdan Bakıya uçuşun müddəti 15 dəqiqə artacaq. Yəni əvvəlki 3 saat 25 dəqiqə əvəzinə aviareysin yerinə yetirilməsi üçün 3 saat 40 dəqiqə vaxt tələb olunacaq. Yanacaq sərfiyyatı da artacaq, lakin bu, aviabiletlərin qiymətinə təsir göstərməyəcək. Qeyd edək ki, Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyası Azərbaycan hava məkanının istifadəsinə heç bir məhdudiyyət olmadığı barədə bəyanat yayıb. Bəyanatda bildirilir ki, uçuşlar bütün təhlükəsizlik tədbirləri və normalarına riayət olunmaqla Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) standartlarına və tövsiyələrinə uyğun həyata keçirilir. (apa) Teqlər : #Rusiyanın Xəzərdən Suriyaya raket atışlarına görə AlmatıBakı aviareysinin uçuş marşrutu dəyişib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Nigeriyada məsciddə partlayış: “onlarla” insan həlak olub Aytətullah Sistaninin İraqlı döyüşçülərə müraciəti: Qələbə yaxındır, gözləyin
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO