Rusiya qazının Ukraynaya ixracatı barədə danışıqlar təxirə salınıb

Rusiya qazının Ukraynaya ixracatı barədə gələn həftə keçirilməsi qərara alınımış danışıqlar təxirə salınıb. Röyters-in məlumatına görə, Avropa Komissiyası dünən bildirib ki, gələn həftə keçirilməsi qərara alınımış bu danışıqlar ekspertlər tərəfindən daha artıq hazırlığın görülməsi vacibliyinə görə, təxirə salınıb. Bu danışıqlarda məqsəd, Rusiya qazının Ukraynaya ixracatında xələlin yaranmasının qarşısını almaq hədəfi ilə davamlı razılaşmanın imzalanması elan edilib. Belə bir halda Avropa Komissiyası və Şimali Atlantika Alyansı- NATO-nun başçıları ilə danışıqlar üçün Brüsselə səfər etmiş Ukrayna "Neft və Qaz" şirkətinin baş icra müdiri bildirmişdi ki, Rusiyanın xahişinə əsasən, gələn həftəki iclas daha tez keçiriləcək. 
 
Avropa Komissiyasının bəyanatında bu haqda deyilir: Mart ayında keçirilmiş danışıqlardan sonra Rusiya və Ukrayna başçıları verilmiş suallara tam şəkildə cavab verməlidirlər və gələn həftə Brüsseldə texniki danışıqlar aparılacaq.

Google+ WhatsApp ok.ru