Rusiya İrana 5 milyard dollar kredit verir

Rusiya maliyyə nazirinin müavini Serqey Storçak bildirib ki,  İrana 5 milyard dollar  dəyərində kreditin  verilməsi ilə bağlı hazırlıq işləri görülür.
 
Maide.az xəbər verir ki,  S.Sorçak  deyib ki,  hüquqi prosedurlardakı problemlər  və fikir ayrılıqları aradan qaldırılıb. “İlkin razılığa görə, Rusiya 2016-cı iləd  2.2 milyard dollar  kredit verəcək.”
 
RT məlumat verib ki, Vnesheconombank  Rusiyadan İrana ixracatı artırmaq məqsədi ilə  2 milyard avro  kredit  rəsmi Tehrana verəcək. 
 
Qeyd edək ki, Rusiya prezidenti  ötən ilin noyabr ayında  İrana 5 milyard dollar həcmində kreditin verməyə hazır  olduğunu bildirmişi.
 
S.Sorçak  deyib ki,  Vaşinqtonda   İranlı həmkarımla görüşdüm və demək olar maneələr aradan qalxıb və yaxın zamanlarda  bu kredit ayrılacaq. 
İran Rusiyada  alacağı kreditlə  enerji, dəmir yolu  və digər liman infrastrukturlarını təkmilləşdirmək üçün 35 layihə icra etməyi planlaşdırır. 
 
 

Google+ WhatsApp ok.ru