Rusiya İranla hərbi sahədə əməkdaşlıq müqaviləsi imzaladı

Rusiya və İran hərbi sahədə əməkdaşlıqla bağlı müqavilə imzalayıb.
 
Maide.az-ın məlumatına görə, müqavilə  Rusiyanın müdafiə naziri, ordu generalı Sergey Şoyqu və İranın Müdafiə və Silahlı Qüvvələrə dəstək naziri, briqada generalı Hüseyn Dehqan arasında Tehranda imzalanıb. 
 
“Hərbi sahədə qarşılıqlı fəaliyyətin nəzəri əsası qoyuldu. Biz Rusiya və İran limanlarına hərbi gəmilərin daxil olması praktikasını genişləndirmək barədə qərara gəlmişik”, - deyə Sergey Şoyqu sənədlə bağlı bildirib.
 
Danışıqlar zamanı tərəflər, həmçinin iki ölkənin hərbi idarələrinin qarşılıqlı praktiki fəaliyyətin gücləndirilməsi, nümayəndə heyətlərinin səfərləri, bu sahədə danışıqların aparılması, müşahidəçi qismində təlimlərdə iştirak, hərbi kadrların hazırlanması, sülhməramlı sahədə təcrübə mübadiləsi və terrorla mübarizə sahələrində əməkdaşlıq barədə razılığa gəliblər. /
 

 

Google+ WhatsApp ok.ru