Rusiya təyyarəsinə bombanı kimin yerləşdirdiyi məlum oldu

Oktaybrın 31-də Misirdə Rusiya təyyarəsinin qəzaya uğramasına səbəb olan partlayıcı təyyarəyə Şarm əl-Şeyxdə hava limanının əməkdaşı tərəfindən yerləşdirilib.
 
Maide.az xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb.
 
Qeyd edilib ki, bomba A321 təyyarəsinin pəncərə tərəfindəki oturacaqda yerləşdirilə bilərdi. Ekspertlərin yoxlamaları nəticəsində təyyarədə iç tərəfdən deşik aşkarlanıb. Bu da təyyarənin daxildən partladıldığını göstərir.
 
Xatırladaq ki, həmin partlayış nəticəsində 224 insan dünyasını dəyişib.

Google+ WhatsApp ok.ru