Rusiya təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində 20 nəfər yaralanıb - VİDEO

Rusiya təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində 20 nəfər yaralanıb - VİDEO

«Aeroflot» aviakompaniyasının Moskvadan Bankoka yol almış təyyarəsinin hava boşluğuna düşməsi nəticəsində azı 20 nəfər zərər çəkib. FaktXeber.com-un verdiyi məlumata görə, bu barədə RF-nın Tailanddakı səfirliyinin nümayəndəsi  Vladimir  Sosnov TASS-a bildirib.
 
«Zərəçəkənlərdə çoxlu  çoxsaylı sınıqlar var. Onların arasında Rusiya vətəndaşları və xaricilər var», - deyə diplomat bildirib. Onun sözlərinə görə, xəsarət alanlar təhlükəsizlik kəmərini bağlamayanlardır.
 
Rusiyanın Taylanddakı  səfiri  Kirill  Barskiy zərərçəkənlərdən 2-nin əməliyyatda olduğunu deyib: «Ən çox təyyarənin quyruq hissəsində olan sərnişinlər xəsarət alıb».
 

 

Google+ WhatsApp ok.ru