Rusiya Ukraynaya sanksiyaları genişləndirdi

Rusiya Ukraynaya sanksiyaları genişləndirdi

Rusiya baş naziri Dmitri Medvedev Ukrayanaya qarşı sanksiyaların artırılmasını nəzərdə tutan qərarnaməni imzalayıb.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, iqtisadi sanksiya siyahısına 200 şəxs və şirkət daxil edilib.
 
Medvedev Tvitterdə verdiyi açıqlamada qeyd edib ki, bu qərar Rusiya vətəndaşlarının və şirkətlərinin haqlarını qorumaq üçün verilib.
 
Xatırladaq ki, 1 noyabrda elan edilmiş sanksiya siyahısına Ukraynanın 322 vətəndaşı və 68 şirkəti yer almışdı.

Google+ WhatsApp ok.ru