Rusiya və İran XİN rəhbərlərinin müzakirə edəcəyi məsələlər açıqlanıb 04 Oktyabr 2021 17:07 Dünya Rusiyanın xarici işlər naziri Sergey Lavrov iranlı həmkarı Hüseyin Əmir Abdullahianla görüşəcək. Maide.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidməti məlumat yayıb. Bir çox beynəlxalq mövzularda Rusiya və İranın mövqeləri yaxındır və ya üst-üstə düşür. Nazirlər İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planı ətrafında yaranmış vəziyyətə xüsusi diqqət yetirəcəklər. Əfqanıstandakı vəziyyət, terror və narkotik təhdidlərinin aradan qaldırılması, habelə bu ölkənin münaqişədən sonra yenidən qurulmasına beynəlxalq yardım da daxil olmaqla, ortaya çıxan problemlərə effektiv cavab verilməsi əsaslı şəkildə müzakirə olunacaq”, - qeyd olunub. “Dialoq zamanı XİN rəhbərləri Xəzər dənizində, Cənubi Qafqazda, Fars körfəzi zonasında, Yəməndə, Livanda və Yaxın Şərqdəki vəziyyət də daxil olmaqla, regional gündəmin digər aktual mövzuları üzrə müzakirə aparacaqlar”. Teqlər : #Rusiya,#və,#İran,#XİN,#rəhbərlərinin,#müzakirə,#edəcəyi,#məsələlər,#açıqlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Tibb və fiziologiya üzrə Nobel mükafatının qalibi açıqlanıb Dünyada hərbi xərclər 2,6 faiz artıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO