Rusiya XİN başçısı Dağlıq Qarabağın statusu məsələsinə aydınlıq gətirib 12 Noyabr 2020 16:24 Dünya “Dağlıq Qarabağın statusu bu regionun bütün kateqoriyadan olan sakinlərinin hüquqları dəqiqləşdirildikdən sonra müəyyənləşdiriləcək”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov yerli və xarici KİV nümayəndələrinə müsahibəsində deyib. "Statusun SSRİ-nin dağılması dövründə müharibə başlayana qədər, uzun illər olduğu kimi Dağlıq Qarabağda etno-konfessional razılığı bərpa etmək üçün hansı addımları atmalı olduğumuzdan asılı olaraq müəyyənləşəcəyindən çıxış edirik. Status yalnız Dağlıq Qarabağda yaşayan və ora qayıtmaq hüququ olanlara və əlbəttə ki, hər zaman bu ərazidə olmağa davam edənlərə hansı hüquqların veriləcəyi bəlli olduqdan sonra müəyyən edilə bilər. Dağlıq Qarabağın statusunu müəyyənləşdirmək üçün heç bir süni tarix olmamalıdır”, - deyə Rusiya XİN başçısı vurğulayıb. Teqlər : #Rusiya,#XİN,#başçısı,#Dağlıq,#Qarabağın,#statusu,#məsələsinə,#aydınlıq,#gətirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yəmən Suriyaya yeni səfir təyin etdi Moskva Navalnı işi ilə əlaqədar Aİ-yə qarşı sanksiyalar tətbiq etdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO