Rusiya XİN rəhbəri İranla “altılıq” ölkələri arasındakı razılaşmanın bəzi detallarını açıqlayıb 14 İyul 2015 01:00 Dünya Rusiya xarici işlər naziri Sergey Lavrov İranla “altılıq” ölkələri arasında əldə olunmuş razılaşmanın detallarını açıqlayıb. S.Lavrov bildirib ki, tərəflər əsas sənəd və 5 texniki konkret təklifin yer aldığı birgə tədbirlər planını, habelə BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılacaq qətnamə layihəsini razılaşdırıblar. “Güman edirik ki, yaxın günlərdə həmin sənəd BMT TŞ-də yekdilliklə qəbul olunacaq”, - deyə o vurğulayıb. Lavrov onu da əlavə edib ki, Avropa İttifaqı və ABŞ-ın İrana qarşı birtərəfli sanksiyaları dərhal aradan qaldırılacaq. Onun sözlərinə görə, ABŞ-ın mülki aviasiya sahəsində İranla əməkdaşlığa qoyduğu məhdudiyyətlər də ləğv olunacaq. Silah embarqosuna gəldikdə isə Rusiya XİN rəhbəri bildirib ki, embarqo 5 il müddətində qüvvədə qalacaq. Bununla belə BMT TŞ-nin qərarına əsasən həmin müddət ərzində İrana silah satışına icazə verilə bilər. Teqlər : #Rusiya XİN rəhbəri İranla altılıq ölkələri arasındakı razılaşmanın bəzi detallarını açıqlayıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Talana son!` deyənlər Yerevanda yürüş edəcəklər Zərif və Mogerini: Bu gün tarixi bir gündür
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO