Rus mərkəzi: `İsrail heç bir əsası olmadan Yerusəlimi paytaxt hesab edir`

Yerusəlim Rus Mərkəzi rəhbəri və İmperator Pravoslav Fələstin Cəmiyyətinin üzvü Pyotr Martınsev Yaxın Şərqə göndərilən "Sülh yürüşü" barədə danışıb. Maide.az xəbər verir ki, Martınsev Fələstin dövlətinin paytaxtı Şərqi Yerusəlim olan özünün tarixi ərazilərində yaradılmalı olması barədə bildirib: "Yarım əsir bundan əvvəl İsrail rejimi oranı işğal edib və heç bir əsası olmadan Yersuəlimi paytaxt hesab edir."
 
O daha sonra belə deyib: "Ümid edirəm ki, İsrail martın 1-də Moskvadan çıxaraq Yerusəlimə doğru istiqamət alan "Sülh yürüşü" avtobusunun hərəkətinə mane olmayacaq. Bu aksiya Böyük Qələbənin 70 illiyinə həsr olunub. Bu yürüş faşizm üzərində qələbəyə həsr olunub. Ümid edirik ki, yürüş iştirakçıları Yerusəlimin tarixi və dini mədəniyyət abidələrini ziyarət edəcəklər."

Google+ WhatsApp ok.ru