Rza Zərrabın yeni təyyarəsinin qiyməti 58 milyon dollardır

Türkiyədəki 17 dekabr 2014 əməliyyatıyla əlaqədar haqqında bəraət qərarı çıxarılan iş adamı Rza Zərrab sahibi olduğu ARE Aviasiya Şirkətinə təxminən 58 milyon dollarlıq "Gulfstream G550" model təyyarə alıb.
 
Maide.az xəbər verir ki, təyyarənin fotoşəkilləri Zərrabın sahibi olduğu Royal Holdinqin Facebook səhifəsində paylaşılıb. ARE Aviasiyaya aid TC-RZA şirkətinin isə "Challenger 300" tipli daha bir təyyarəsi var. ARE Aviasiyanın internet saytında isə bu mesaj dərc olunub:
 
"Qüsursuz xidmət sloqanı ilə yola çıxan ARE Aviasiya arzuladığı xidmət keyfiyyətinə çata bilmək üçün lazımi infrastruktur sərmayələrini ara vermədən davam etdirir. Donanmasında yer alan ilk təyyarə - "Bombardier Challenger 300" ilə xidmət verən ARE Aviasiya, 2015-ci ilin sonuna qədər təyyarələrin sayını 3-ə çatdırmağı planlaşdırır".

Google+ WhatsApp ok.ru