Səudiyyə rejimi Şeyx Nəmr haqqında edam qərarının verilməsini təxirə salıb

Səudiyyə Ərəbistanının paytaxtı Riyad şəhərindəki Cəza Məhkəməsi  Ərəbistanın tanınmış şiə alimi Ayətullah Şeyx  Əl- Nəmr haqqında edam qərarının verilməsini təxirə salıb.
Maide.az-ın əl-Minar kanalına istinadən məlumatına görə,  Səudiyyə Ərəbistan Riyad şəhər Cəza Məhkəməsi  Ayətullah Nəmr haqqında qərarın verilməsini avqust ayının sonuna kimi təxirə salıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistan Riyad şəhər Cəza Məhkəməsi Ayətullah Nəmr haqqında qərarı ötən gün (avqustun 12-də) verməli idi.
Qeyd edək ki, Ayətullah Şeyx Nəmr Səudi Ərəbistan şiələrinin tanınmış alimlərindən biridir. O, 8 iyul 2012 tarixdə, yerli vaxtla 14:00 radələrində Səud rejimi tərəfindən həbs edilib.
Səudi Ərəbistan rejiminin Prokurorluğu tərəfindən Şeyx Nəmrə, “Allah ilə Müharibə edən şəxsin hökmü”nün tələb edib və onun haqqında edam qərarının verilməsini istəyib.
 Səudiyyə Ərəbistan rejiminin bu istəyi müxtəlif hüquq təşkilatları tərəfindən böyük etirazla qarşılanıb. Böyük müctəhidlər Səudiyyə Ərəbistanın bu istəyinə qarşı etiraz bəyanatları veriblər. /

 

Google+ WhatsApp ok.ru